Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəbrayılda silah-sursat tapılıb

42 Baxış

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

Turanmedia.az xəbər verir ki, bu barədə “Ölkə.az”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edərək götürüb.

Bundan əlavə, keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678