Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elgiz Meral Konratla küsmə səbəbini açıqladı

18 Baxış

Aparıcı Elgiz Əkbər aktrisa Meral Konratla küsülüdür.

Buna səbəb Bakıya gələn aktrisanın aparıcıya zəng etməməsi olub. Turanmedia.az xəbər verir ki, bu haqda o, “Elgizlə izlə” verilişində danışan zaman bildirib.

“Gəlib Bakıya, 1 ay qalıb. Mənə zəng etməyib. Təsadüfən öyrəndim ki, Bakıdadır. Bəlkə, düşünüb ki, narahat edər. Amma bizdə bəzi dəyərlər var. Meralı Bakıya dəvət edib, ona yardım edən mən olmuşam. İndi ondan çox incidim”.

Qeyd edək ki, Elgizlə Meral birlikdə “Elçilik” filmində çəkilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678