Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərəb turistin şubasını bu oteldə oğurlayıblar

51 Baxış

Səudiyyə Ərəbistanından olan turist hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, Moskva otellərindən birində qarət edildiyini bildirib.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, onun xəz paltosu və iki kaşmir paltosu yoxa çıxıb. Bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

19 yaşlı Alanudun dediyinə görə, o, dekabrın 29-da Moskvaya gəlib və yanvarın 9-dək “Ritz”də qalıb. Sonra 3 günlük Sankt-Peterburqa gedib. Qız çamadanı əşyaları ilə birlikdə otelin təhlükəsizlik işçilərinə təhvil verib.

Turist geri qayıdıb çamadanı götürəndə xəzinin, iki kaşmir paltosunun və çəkmələrinin yoxa çıxdığını görüb.

O, otel işçiləri ilə problemi həll edə bilməyib, polisə ərizə yazıb. Zərərçəkmiş zərəri 450 min rubl qiymətləndirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678