Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevir Dövlət Universitetindən valideyn məmuniyyəti

41 Baxış

Turanmedia.az xəbər verir ki, 2024-cü il yanvarın 17-də Mingəçevir Dövlət Universitetində (MDU) təhsil alan tələbələrin valideynləri üçün təşkil edilən payız semestrinin imtahan sessiyasını müşahidəsində iştirak edən valideyn Mənsur Quliyev öz təəssüratlarını bölüşüb:

– MDU-nun İqtsadiyyat və idarəetmə fakültəsində təhsil alan oğlum Elburus hər zaman MDU-da həyata keçirilən tədris prosesinin yüksək səviyyədə aparıldığını bildirirdi. Bu gün universitetdə imtahan prosesini izləməklə bir daha buradakı obyektivliyə əmin oldum. MDU-da aparılan yüksək səviyyədə tədris, sağlam müəllim-tələbə münasibətləri, ümumilikdə bu təhsil ocağında görülən işlərlə bağlı əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Övladımın və yaxınlarımın yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da təhsil almasından qürur duyuram. İnanıram ki, tələbələr burada aldığı təhsil və təcrübə ilə gələcəkdə yüksək nailiyyətlər əldə edəcəklər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678