Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçmazda qaydaları pozan COVID-19 xəstələri saxlanıldı – VİDEO

130 Baxış

Xaçmazda karantin qaydalarını pozan COVID-19 xəstələri aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadıqları ünvanı tərk edərək Bakı şəhərinə və Quba rayonuna getmək istəyən koronavirus xəstələrini aşkarlayıblar. Araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri A.Zeynalova və A.İsayeva olduqları müəyyən edilib. 

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Faktlarla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678