Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cari ilin 11 ayı ərzində 117 mindən çox doğum qeydə alınıb – RƏSMİ

149 Baxış

Cari ilin yanvar-noyabr ayları ərzində 117 min 420 doğum faktı qeydə alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Eyni zamanda bildirilib ki, bu ilin 11 ayı ərzində qeydiyyat orqanları tərəfindən 32 min 656 nikah qeydə alınıb.

Aidiyyəti üzrə ad, soyad və soyad sonluğunun dəyişdirilməsi ilə bağlı müraciət edən vətəndaşların da sayı az olmayıb. 

Belə ki, ötən ay üzrə qeydiyyat orqanlarında 107 adın, ata adının və soyadın dəyişdirilməsi dövlət qeydiyyatına alınıb.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678