Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İşğaldan azad edilmiş ərazilərdə modul tipli poçt şöbələri fəaliyyətə başlayacaq

141 Baxış

İşğaldan azad edilmiş ərazilərdə modul tipli poçt şöbələri fəaliyyət göstərəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Azərpoçt” MMC-dən Oxu.Az-a verilən məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməsi nəzərdə tutulan beş ədəd modul tipli bina, poçt şöbələrinin satınalınması ilə bağlı elan verib.

Satınalma kotirovka sorğusu üsulu ilə həyata keçiriləcək. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 21 dekabr 2020-ci il saat 17:00-dək qəbul edilir.

Maraqlanan təşkilatların +99412 493 56 00 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov, 72. E-mail: [email protected]

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678