Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samux sakinindən narkotik götürüldü

122 Baxış

Samux sakinində narkotik vasitə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamaqda şübhəli bilinən rayonun Kövər kənd sakini, əvvəllər məhkum olunmuş Taleh Məmmədov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, tövlədən 4 kq 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678