Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Oğuzda karantin qaydalarını pozan çayxana aşkar edilib – FOTO

129 Baxış

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.

Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678