Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İtkin düşən daha bir əsgərin şəhid xəbəri gəldi

135 Baxış

Vətən müharibəsində itkin düşən daha bir hərbçinin şəhid olması xəbəri gəlib.

Ötən ilin iyul ayının 13-də həqiqi hərbi xidmətə yollanan 2002-ci il təvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan uzun müddət xəbər olmayıb. O, sonuncu dəfə oktyabrın 9-da evə zəng vurub, döyüşə gedəcəklərini bildirib. 

İ.Məmmədov və bir neçə silahdaşı oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

İ.Məmmədov bu gün doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Çiləgir kəndində dəfn olunacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678