Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradıldı – RƏSMİ

136 Baxış

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi səlahiyyətləri çərçivəsində Xəzərə axıdılan tullantılarla bağlı məlumat bazası yaradıb”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bazada axıdılan suların həcmi, keyfiyyət göstəriciləri, sayı xəritələşdirilib:

“Qanun pozuntusu olan hallarda tədbirlər görülür”.

O qeyd edib ki, 10 il əvvəl ilə müqayisədə Xəzərə tullantı sularının axıdılması halları xeyli azalıb:

“Abşeron yarımadasından Xəzərə gün ərzində 1 milyon kubmetr su axıdılır. Bunun qarşısının alınması üçün tədbirlər görülür”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678