Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ETSN-dən narazılıq: “Bir təşkilat olmadı ki, ərazilərimizə baxış keçirsin”

171 Baxış

“Ermənilər ərazilərimizin işğalı dövründə yaşı 1000-2000-dən çox olan ağaclarımızı məhv ediblər”.

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı nazir müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, illər ərzində beynəlxalq təşkilatlara müraciətlər cavabsız qalıb: “Bu illər ərzində bir təşkilat olmadı ki, ərazilərimizə baxış keçirsin”.

Vüqar Kərimov bildirib ki, işğaldan azad edilən ərazilərdə harada imkan varsa,  ilkin qiymətləndirmə işlərinə başlanılıb:

“Növbəti dövrlərdə bu qiymətləndirməyə beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulur. Buna səbəb qiymətləndirmənin nəticələrinin beynəlxalq instansiyalarda birtərəfli, qərəzli qeydə alınmaması üçündür. Dəymiş ziyan böyükdür, hələlik bu barədə rəqəm demək çətindir”.

V. Kərimov əlavə edib ki, ETSN-nin üç qurumu tərəfindən – işğaldan azad edilən Daşalatı yasaqlığı, Arazboyu yasaqlığı və Bəsitçay dövlət təbiət qoruğunda dəymiş ziyanın qiymətləndirilməsi aparılır və nəticələr aidiyyatı dövlət qurumlarına təqdim ediləcək”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678