Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı Gənclər Mərkəzinin direktoru Azərbaycan-Ukrayna İttifaqının “Qızıl medalı” ilə təltif edilib

139 Baxış

“Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının rəhbərliyinin qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva Alyansın “Qızıl medalı” ilə təltif edilib.

Bu barədə Beynəlxalq İttifaqdan məlumat verilib.

N.Babayeva gənclər siyasətinin həyata keçirilməsindəki fəal iştirakına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, yaradıcı və istedadlı gənclərin üzə çıxarılmasına, karyera imkanlarının artırılmasına və gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə görə mükafatlandırılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678