Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsində iştirak edən nazirlik əməkdaşları ordudan tərxis olunub – FOTO

117 Baxış

Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin yeddi əməkdaşı tərxis olunub.

Nazirliyin əməkdaşları Ağadadaş Dadaşzadə, Səbuhi Novruzlu, Nurlan Alxazov, Vüsal Əliyev, Samir Həsənov, Bayraməli Məmmədov, Asim Cəbrayılov cəbhənin müxtəlif istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək Vətən borclarını layiqincə yerinə yetirib, nümunəvi xidmətləri ilə fərqləniblər. 

Əməkdaşlardan bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Aqrar Tədarük və Təchizat ASC-nin kollektivi ordudan tərxis olunan və mülki həyata qayıdan iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar. Sonra Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678