Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il edilən oğurluqların üstü açıldı

131 Baxış

Lənkəranda ötən il edilən oğurluqların üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş iki oğurluq faktının açılması təmin edilib. 

Belə ki, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3440 manat dəyərində nağd pul, qızıl-zinət  və məişət əşylarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib. 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678