Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistan ordusunun dağıtdığı şəhid anasının evi – VİDEO

144 Baxış

Vətən müharbəsi zamanı Ağdamın Üçoğlan kəndində yaşayan şəhid anası Allahverdiyeva Paket Ocaqqulu qızına məxsus fərdi yaşayış evi Ermənistan ordusunun atdığı artilleriya atəşi nəticəsində dağılıb. 

Baku TV xəbər verir ki, hadisə zamanı evin damı və əşyaları yararsız vəziyyətə düşüb. 
Daha sonra dağıntı ilə bağlı xüsusi komissiya yaradılıb və evə baxış keçirilib. İlkin olaraq ailəyə 1000 manat ödənilsə də, dəymiş ziyan dəqiq qiymətləndirilməyib. 

Allahverdiyevler ailəsi iddia edir ki, mərminin evlərin dağıtması nəticəsində onlara 25 000 manata yaxın ziyan dəyib. 

Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, ailəyə kömək məqsədi ilə dövlət tərəfindən min manat yardım edilib. Evin təmiri ilə bağlı ziyanın miqdarı isə artıq komissiya tərəfindən hesablanıb. Yaxın günlərdə ailənin evinin təmirinə başlanacaq. Bunun üçün bir neçə tikinti şirkəti ilə müqavilə bağlanıb. 

Ətraflı süjeti təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678