Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkə ərazisində qarlı hava şəraiti davam edir – FAKTİKİ HAVA

122 Baxış

Ölkə üzrə faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, martın 12-si saat 16:00-a olan məlumatına əsasən, ölkə ərazisində qarlı hava şəraiti davam edir. 

Əksər rayonlarda və Abşeron yarımadasında qar yağıb, bəzi yerlərdə intensiv olub.

Qərb küləyinin sürəti Neftçalada 32, Salyanda 22, Naftalanda 20, Tərtərdə 18, Sumqayıt, Qum adasında 21, Neft daşlarında 20, Bakı, Binə və Çilov adasında 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 5,5 metrə çatıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678