Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid və qazi ailələrinin üzvü olan 20 nəfərə Azərbaycan vətəndaşlığı verildi – FOTO

140 Baxış

“Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib”.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları sənədləri sahiblərinə ünvanlarında çatdırıb:

“Əməkdaşlarımız Bakı, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə vətəndaşlarımıza müvafiq sənədləri yaşadıqları ünvanlarda təqdim edib. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə isə möhkəm can sağlığı arzu edirik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678