Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Metro terroruna görə ömürlük cəza alan şəxs əfv edilməyib

125 Baxış

Bakı metrosunun “28 May” və “Gənclik” stansiyaları arasında qatarda törədilən partlayışa görə ömürlük azadlıqdan məhrum edilən şəxsin əfvə düşməsi barədə yayılan məlumat düz deyil.

“Report”un məlumatına görə, metro partlayışı ilə əlaqədar həbsdə olan şəxs Aslanov Azər Məhərrəm oğlu yox, Aslanov Azər Salman oğludur.

Sərəncama əsasən, əfvə düşən Aslanov Azər Məhərrəm oğlunun ömürlük azadlıqdan məhrumetmə cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.

1972-ci il təvəllüdlü A.Aslanov Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678