Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əfv sərəncamı 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

138 Baxış

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində də icra olunub.

Oxu.Az-ın məlumatına görə, 16 saylı Cəzaçəkmə Müəssisəsində sərəncam 14 nəfərə şamil olunub.

Onlardan 12 nəfər azadlığa buraxılıb, iki nəfər məhkumun isə cəzası azaldılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678