Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samir Vəliyev: “Sürüşməyə səbəb olan yeraltı suları şambolar qıdalandırır”

126 Baxış

“Badamdarda üçüncü massivdən yuxarıdakı yaşayış ərazisində 3 000-dən çox ev var”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib. 

Onun sözlərinə görə, həmin evlərin kanalizasiya sistemi tam formalaşmayıb: 

“Burada əhali irihəcmli şambolardan istifadə edir. Ərazi geoloji cəhətdən çatlı əhəng daşlarıdır. Şambolarda olan sular yeraltı suların qıdalanmasına səbəb olur. Yeraltı suların əmələ gəlməsi yamacda basqıların formalaşmasına və sürüşməsinə səbəb olur. Hazırda ərazidə quraşdırılan drenaj quyuları nasosla işləmir və oraya yığılan sular öz axımı ilə həyata keçirilir”. 

O bildirib ki, hazırda “Azərsu” ASC tərəfindən ərazidə kanalizasiya sistemi qurulur: “FHN iştirakı ilə çalışırıq ki, kanalizasiya sistemi buradakı bütün ərazini əhatə etsin və sürüşmənin qarşısı qismən də olsa alınsın”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678