Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayram günlərində təcili yardıma nə qədər çağırış olub? – AÇIQLAMA

129 Baxış

“Bayram günlərində təcili yardım gücləndirilmiş iş rejimində çalışıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.

Onun sözlərinə görə, adi günlərdə 1500-1600 çağırış olurdusa, bayram günlərində 2500 çağırış olub:

“Martın 20 və 21 tarixlərində sahə poliklinikaları işləmədiyi üçün təcili yardıma müraciətlər çox olub. 

Digər günlərdə artıq poliklinikalarda növbəlik sistemi üzərində iş başladı və təcili yardımın işi azaldı. Təcili yardım bayram günləri öz daxili hesabları üzərinə bütün çağırışları təmin edib”. 

N.Fərzəliyeva qeyd edib ki, bəzən insanlar poliklinikaya olan müraciətləri də təcili yardıma edirlər və bu da yüklənməyə səbəb olur.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678