Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR Türkiyədə üç rayonu qazlaşdırdı – FOTO

144 Baxış

SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Türkiyə Enerji”nin nəzdində fəaliyyət göstərən “Bursagaz” ölkədə daha üç rayonu qazlaşdırıb.    

Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təbii qaz Bursanın Orhaneli, Büyükorhan və Harmancık rayonlarında istifadəyə verilib.

Layihə dəyəri təxminən 150 milyon türk lirəsi olan qazlaşdırma xətti 200 kilometrdən çox olub. Eləcə də, 110 kilometrlik yüksək təzyiqli polad keçid xətləri quraşdırılıb.

Bursanın bələdiyyə sədri Alinur Aktaş bu hadisəni ucqar ərazilərdə həyat səviyyəsinin daha da yaxşılaşdırılması kimi qiymətləndirib.

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bursa üzrə millət vəkilləri Mustafa Esgin, Osman Mesten, Rafiq Özen və Ahmet Kılıç təbii qazın verilməsinin açılış mərasimində iştirak ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678