Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ekspert: “Problemli kreditlərin qarşısını almaq üçün əhalinin real gəliri artmalıdır” – VİDEO

128 Baxış

“Problemli kreditlərin qarşısını almaq üçün dövlət tərəfindən sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

Bunu “ARB 24”ün xəbərlər proqramına açıqlamasında iqtisadçı Elşad Məmmədli deyib. O bildirib ki, problemli kreditlərə əsasən idxal və istehlak, həmçinin ipoteka təyinatlı kreditlər daxildir:

“Əhalinin real gəlirlərinin artımına nail olmadan bu problemlərin aradan qaldırılması mümkün deyil. Bunun üçün bank sektoru başlıca missiyasına qayıdış etməlidir. Yəni bank sektoru pul resurslarını real sektora istiqamətləndirməlidir. Əks halda isə problemli kreditlərin həcmi artacaq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678