Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramilə dəstək olaq! – FOTO

125 Baxış

32 yaşlı Ramil Babayevin sizin dəstəyinizə ehtiyacı var.

Oxu.Az-ın məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən Babayev Ramil Rasim oğlu bir həftədir ki, koma vəziyyətindədir.

O, bu yaxınlarda müalicə aldığı xəstəxanada beyin əməliyyatı keçirib. Əməliyyatdan sonra xəstə komaya düşüb.

Həyat yoldaşı İrina Babayeva deyir ki, həkimlər Ramilin az da olsa reaksiya verdiyini deyirlər:

“Ramilin hərarəti yüksək olurdu, 39 dərəcəyə çatırdı. Lakin son günlər hərarəti düşüb və hələ ki, stabildir. Həkimlər bildirir ki, əvvəlkinə nisbətən onun vəziyyətində müsbətə doğru kiçik irəliləyişlər var”.

Onun bir azyaşlı qız övladı var. İkinci dəfə ata olmaq üzrə olan Ramilin sağlamlığına qovuşması üçün sizin dəstəyinizə ehtiyacı var.

Yardım etmək istəyən şəxslər aşağıdakı kart hesabına pul köçürməklə xəstəxana xərclərində ailəyə dəstək ola bilər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678