Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı-Tbilisi-Ceyhan ilə dünya bazarına nə qədər neft nəql edilib?

119 Baxış

2021-ci ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan terminalı vasitəsilə ixrac edilən 6,7 milyon tondan artıq (təqribən 51 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənərək yola salınıb.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, 2006-cı ilin iyun ayından 2021-ci ilin birinci rübünün sonunadək boru kəməri vasitəsilə ümumilikdə 482 milyon ton (3,62 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 min 729 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Əlavə edilib ki, 2021-ci ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə 41 milyon dollardan artıq, əsaslı xərclərə isə 6 milyon dollardan artıq vəsait xərclənib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan Azəri-Çıraq-Günəşli neftini və Şahdəniz kondensatını daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678