Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın Neft Fondu Avropaya daha çox investisiya qoyuluşu edib

148 Baxış

2021-ci ilin birinci yarısının yekunu üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı açıqlanıb.

Oxu.Az-ın Fondun rüblük hesabatından əldə etdiyi məlumata görə, investisiya portfelində Avropanın payı 30,45 faiz, Şimali Amerikanın payı 26,07 faiz, Asiya və Sakit okean regionun payı isə 21,43 faiz təşkil edib.

Eləcə də, Fondun aktivlər toplusunda Yaxın Şərqin payı 1,36 faiz, Avstraliya və Yeni Zellandiya regionunun payı 1,16 faiz, Cənubi Amerikanın payı 0,04 faiz olub. 

2020-ci ilin ilk yarısı ilə müqayisədə Avropa, Yaxın Şərq, Avtraliya və Yeni Zenlandiya regionunun Neft Fondunun investisiya portfelində payı artıb. Şimali və Cənubi Amerikaya, xüsusilə də Asiya və Sakit okeanı regionun investiyaların payı kəskin (12,1 faiz bənd) azalıb.

Qeyd edək ki, Neft Fondunun investisiya portfelinin əsasını və ya 60,87 faizi inkişaf etmiş ölkələr, 19,64 faizi inkişaf etməkdə olan ölkələr, 6,42 faizi beynəlxalq maliyyə təşkilatları, 13,07 faizini qızıl aktivlərini təşkil edib.

Xatırladaq ki, 30 iyun 2021-ci il tarixinə Dövlət Neft Fondunun cəmi investisiya portfeli  44 104 065 000 dollar təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678