Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ANAMA rəsmisi: “Kəlbəcərdə qar örtüyü minatəmizləmə əməliyyatlarını həyata keçirməyə imkan vermir”

109 Baxış

“Humanitar minatəmizləmə əməliyyatları hava şəraitinə uyğun olaraq həyata keçirilir”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov bildirib.

Onun sözlərinə görə, mayın əvvəlinə kimi Kəlbəcərdə qar örtüyü humanitar minatəmizləmə əməliyyatlarını həyata keçirməyə imkan vermədiyi üçün ərazilərdə heç bir əməliyyat həyata aparılmayıb: 

“Amma Daşkəsəndən Kəlbəcər istiqamətində çəkiləcək elektrik və nəqliyyat xətlərinin keçdiyi ərazilərdə ilkin olaraq müəyyən işlər icra edilib. Hazırda hava şəraiti digər qurumlara üçün də infrastrukturun bərpası, nəqliyyat, rabitə xətlərinin çəkilməsinə imkan vermədiyinə görə, daha prioritet sahələrdə əməliyyatlar davam etdirilir”.

ANAMA rəsmisi əlavə edib ki, hava şəraiti imkan verdikdən sonra digər qurumların sifarişi ilə birlikdə həmin ərazidə təmizləmə əməliyyatlarına start veriləcək.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678