Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçayda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO

133 Baxış

Göyçay rayonunda iki avtomobil toqquşub.

Oxu.Az-ın məlumatına görə hadisə, Göyçayın Qızılağac -Cəyirli kəndi yaxınlığında baş verib.

Belə ki, 90 ET 923 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobil ilə 23 BM 938 dövlət qeydiyyat nişanlı eynimarkalı minik maşını toqquşub. Nəticədə sürücü Qızılağac kənd sakini, 1967-ci il təvəllüdlü İsmayılov Bəhman, və Elman İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Avtomobildə olan sərnişinlərdən 1962-ci il təvəllüdlü Hüseyn Bəkirov, 1957-cu il təvəllüdlü Sahib Həşimov, eləcə də Coşqun Bəşirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678