Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daha bir marşrut xətti “BakıKart” sisteminə keçdi

668 Baxış

Sabahdan 133 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, sözügedən marşrut xətti Binəqədi qəsəbəsi – “Gənclik” metrostansiyası üzrə hərəkət edir.

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu üzrə Gülməmməd Ramazanov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu, Səttar Bəhlulzadə 55C, Nəcəf Nərimanov 19, A.Hüseynov küç., Azadlıq pr. 104, Məsud Davudoğlu 32 və Azadlıq pr. BSM yanı (Nəsimi rayonu) ünvanlarındakı OBA marketlərdə “BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb. 

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678