Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şuşadakı bərpa işlərindən yeni görüntülər – VİDEO

139 Baxış

Şuşa şəhərində Molla Pənah Vaqif türbəsinin bərpası davam edir.

Heydər Əliyev fondundan bildirilib ki, bərpa-tikinti işlərinin iyunda başa çatdırılması planlaşdırılır.  

Heydər Əliyev Fondu tərəfindən türbənin bərpa layihəsi işlənilib. Abidə daşlarının eyniliyi və layihənin ilkin dizaynı qorunmaqla, müasir texnologiyalar tətbiq olunaraq yenidən qurulur.

Molla Pənah Vaqif türbəsinin açılışı 1982-ci ildə olub. Kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilib. 

Ermənistan 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra düşmən tərəfindən kompleksin daşları sökülərək tamamilə dağıdılıb.

Ətraflı videonu təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678