Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bahar Muradova uşaq hüquqlarının qorunmasından danışdı

118 Baxış

Biz də uşaq olmuşuq və uşaqlar üçün həyatı onların təmsilçiliyi ilə qurmalı, onların fikirlərini nəzərə almalıyıq.

Oxu.Az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” adlı tədbirdə çıxışı zamanı deyib. 

O bildirib ki, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdiyimiz tədbirin məqsədi uşaqlar üçün görülən və görüləcək işlər barədə ictimaiyyətə məlumat verməkdir:

“Azərbaycan Uşaq Hüquqlarının qorunması ilə bağlı bütün konvensiyalara qoşulub. Bu illər ərzində qanunvericilikdə uşaqların hüquqlarına dair məsələlərə diqqət edilib. Müvafiq dövlət orqanlarının eləcə də bizim komitənin əsas məqsədi uşaqların müxtəlif təbəqələri ilə profilaktik söhbətlər aparmaq, təlimlər keçirməkdir. 

Bu gün tədbirimizə 76 regiondan 96 uşaq qoşulub, onların böyük hissəsi “Zoom” proqramı vasitəsilə bizə qoşulub. Onların öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakı üçün şərait yaradılmalıdır”.

B.Muradova bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təbrik edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678