Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“OBA” marketlərdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu – FOTO/VİDEO

126 Baxış

Keyfiyyətli məhsullar və münasib qiymətlərlə 5 ildir müştərilərinə qonşu olan “OBA” marketlər şəbəkəsi daha bir layihə həyata keçirib. 

“OBA Market” MMC 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı balacaları sevindirib.

“OBA” marketlər şəbəkəsi gün ərzində öncədən müəyyənləşdirilmiş filiallarına gələn müştərilərin uşaqlarına market əməkdaşları tərəfindən şar və müxtəlif növ hədiyyələr təqdim olunub. Şirkət hədiyyələrlə balacaların üzündə təbəssüm yarada bilib. Layihə marketlərdə müştərilər tərəfindən maraqla qarşılanıb. 

Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi həyata keçirdiyi bütün layihələrdə daim müştərilərinin məmnuniyyətini, onların sevincini əsas prinsip olaraq götürüb.

“OBA Market” MMC öz fəaliyyətində hər zaman inkişaf etməyi, müştərilərinə yaxın olmağı və yüksək keyfiyyəti hədəf kimi qarşıya qoyub. Qənaətli alış-veriş və sərfəli qiymət təklif edən “OBA”nı seçən müştərilər həm vaxtlarına, həm məsafəyə, həm də ciblərinə qənaət edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678