Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı metrosunda təhlükəli anlar yaşanıb

118 Baxış

Bu gün səhər saatlarında metronun “Şah İsmayıl Xətai” stansiyasında təhlükəli anlar yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə sərnişinlər tərəfindən sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunub ki, stansiyadakı eskalatorlardan birində yaranan nasazlıq səbəbindən sərnişinlər yıxılma təhlükəsi yaşayıb.

Eskalatorlardan birinin fəaliyyəti anidən dayanıb və yenidən qoşulub. Yaranan problemin səbəbi bəlli olmasa da, sərnişinlər stansiyadan piyada çıxmalı olublar.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, hadisəyə səbəb sərnişinlərdən birinin ehtiyatsızlıq səbəbindən təhlükəsizlik düyməsini basmasıdır:

“Belə olan halda eskalatorların hərəkəti avtomatik olaraq dayanır. Metropoliten əməkdaşları eskalatorların hansı səbəbdən dayandığını araşdırıb. Məlum olub ki, bu texniki səbəbdən yaranan problem olmayıb. Sərnişinlərdən kimsə təhlükəsizlik düyməsini ya ehtiyatsızlıqdan ya da hər hansı bizə məlum olmayan səbəbdən basıb. Mövcud vəziyyətlə bağlı bütün eskalatorlar ciddi nəzarətdə saxlanılır”

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678