Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

COVID-19 nəticəsi pozitiv çıxan, amma qeydiyyata düşə bilməyənlər nə etməlidir? – MÜSAHİBƏ

113 Baxış

Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti, Mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, Tədris Cərrahiyə Klinikası, Klinik Diaqnostik Laboratoriyasının müdiri Yavər Hacısoy COVID-19 virusunun müayinəsi ilə bağlı müsahibə verib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– COVID-19 virusunun müayinəsində hansı üsullardan istifadə olunur?

– COVID-19 virus xəstəliyi olduğu üçün digər virusların təyinatında olduğu kimi eyni üsullardan istifadə edilir. Virusalogiya daha çox mikrobioloji müayinə metodu olduğu üçün əkilmə üsulu qızıl standart sayılır. Virusların müayinəsində PZR (Polimeraza Zəncirvari Reaksiya) dediyimiz molekulyar genetik üsul, seraloji üsul və antigen testlərindən istifadə edilir.

Seraloji müayinə zamanı orqanizmə düşmüş yad maddələri onlara qarşı yaranan anticisimləri qanda yoxlamaqla orqanizmə düşmüş yad maddəni aşkar edirik. COVID-19 virusuna qarşı qanda həm igG (immunoglobulin G) və igM (immunoglobulin M) formaları əmələ gəlir. İlkin olaraq qanda igM yaranır bunlarda xəstəliyin kəskin dövründə əmələ gələn anticisimlərdir.

Daha sonra isə igG əmələ gəlməyə başlayır. Xəstəliyin 10-14-cü günündən etibarən isə İgM – İgG yə çevrilir və qanda dövr edir. Orqanizmdə COVID-19-a qarşı igG formalaşır – yəni immun cavab yaranır.

– Bildiyiniz kimi, COVID-19 virusunun təyinatı ölkədə PZR yaxma üsulu ilə qəbul edilir. Bəzən vətəndaşlar müxtəlif klinikalarda yaxma verirlər və nəticələri pozitiv olduğu halda sistemə xəstə olaraq daxil edilə bilmirlər. Bununla bağlı bir sıra müraciətlər də almışıq. Nədir bu yaxma analizlərinin fərqi?

– COVID-19 virusunun təyinində antigen testləri də istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspres test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlər xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən istifadə edilir.

Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 10 dəqiqəyə cavab əldə edilir. Hər bir üsulun həssaslıq, spesiflik göstəriciləri vardır. Koronavirusunun aşkar edilməsi üçün ən dəqiq dəstək müayinəsi, 90-92 % dəqiqlik dərəcəsi ilə PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir.

Qısaca təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-ün açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir. Çünki bu molekulyar təsdiqləyici üsuldur.

– Vətəndaşların belə müraciətləri ilə də qarşılaşırıq. Vətəndaşda COVID-19-un qeyd edilən kilinik əlamətləri var, amma PZR yaxma cavabı neqativ gəlir. Bəs bunu necə izah etmək olar?

– Analizlərin nəticələrinə təsir edə bilən preanalitik faktorlar vardır. Ümumiyyətlə dünya təcrübəsində də preanalitik faktorların analizin nəticəsinə təsiri 70 faiz kimi qeyd edilir. Buna nümunə olaraq yaxmanın düzgün götürülməməsi və ya maye mühitinin kifayət qədər olmamasını qeyd etmək olar.

ÜST-ün də tövsiyə etdiyi ən doğru yaxma götürülmə üsulu eyni yaxma çubuğu ilə ilk öncə əsnəkdən daha sonra isə burun-udlaqdan yaxmanın götürülməsidir. Nəticələrə təsir edən faktorlardan biri də zamanında götürülməyən yaxmalardır.

Təxminən əlamətlər başlayandan 5-10 gün ərzində yaxmanın götürülməsi COVID-19 testinin nəticəsinin doğruluğunu artıracaq. Bir müddətdən sonra aşağı tənəffüs yollarına düşən virusu burun-udlaq yaxması ilə təyin etmək mümkün olmaya bilər.

– Bəs PZR testlərində davamlı çıxan pozitiv nəticələr nə ilə bağlıdır?

– PZR testi virusun DNT və RNT-ni axtardığına görə xəstə sağaldıqdan sonra virus ölsə belə, bəzən hissləri yuxarı tənəffüs yollarında qala bilər. Belə hallarda müayinə mütləq təkrarlanmalıdır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678