Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dövlət qurumundan yarım milyon manatdan çox pul mənimsəyən şəxsin məhkəməsi başlayır

112 Baxış

Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, P.Əliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində “Azərişıq” ASC tanınıb. P.Əliyevə 179.4-cü (mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərər yarım milyon manatdan çoxdur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678