Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT-nin ali nümayəndəsi: “Yeni cəmiyyətlərin yaradılması üçün addımlar atılmalıdır”

135 Baxış

“Biz bu təşəbbüsün qlobal səviyyəyə çıxarılması üçün bütün müsbət konsepsiyalardan istifadə etməliyik. Vətəndaş olaraq hər birimiz hüquqlara malikik”.

Oxu.Az xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Anxel Moratinos deyib. 

O bildirib ki, ilk növbədə mənfi konsepsiyalar ayrılmalıdır:

“Əsas amil tolerantlıqdır. Bütün mədəni sivilizasiyalar bir-birinə hörmətlə yanaşmalıdır. Biz sizə ehtiram göstərib, sizdən də eyni cür qarşılıq gözləməliyik. Biz hansısa dövlətlərdə yaşaya bilərik və yaşadığımız dövlətin qanunvericiliyi bizi müdafiə etməlidir”.

O qeyd edib ki, bu gün mədəniyyət üçün sülh anlayışına ehtiyac var:

“Sülh adına mədəniyyət anlayışı neçə illərdir davamlı olaraq təbliğ edilir. Sülh çox möhtəşəm kəlmədir. 2019-20-ci illərdə sülh və təhlükəsizlik haqqında konfranlar keçirilirdi. Sülh və təhlükəsizlik konsepsiyaları bir-birinə bağlıdır. Bu konsepsiyaları mədəniyyət naminə yönəltməli və gələcəyə daşımalıyıq. Biz bu layihənin qlobal formaya daşınması üçün diplomatlarla danışıqlar zamanı müzakirə edəcəyik. Dünya təfəkkürünə dəstək vermək üçün müxtəlif yanaşmaları dəyərləndirməliyik”.

M.Moratinosun sözlərinə görə, mədəni irs obyektlərinin dağıdılması mədəniyyət sahəsinə hörmətsizlikdir və biz dini mədəniyyət nümunələrini də müdafiə etməliyik:

“Bu, birbaşa qlobal müstəvidə təhlükəsizliyin pozulmasıdır. Düşünürəm ki, bunun üzərindən dünya ölkələrinə mesaj göndərmək olar. 

Biz bu istiqamətdə müxtəlif çağırışları qarşılamalıyıq. Artıq yeni cəmiyyətlərin yaradılması üçün addımlar atılmalıdır. Sülh dominantlığın təbliğatı mədəniyyət sahəsinə öz töhfəsini verəcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678