Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə sel suları evlərə dolub – FOTO

122 Baxış

Yağıntılı hava şəraiti Gəncə şəhərində fəsadlar törədib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Məhsəti qəsəbəsində bir neçə sakinin evinə və həyətinə sel suları dolub.

Qeyd edək ki, bu qəsəbədə dəfələrlə eyni fəsad yaranır. Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür.

Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678