Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÜST rəsmisi: “Delta” ştammının Azərbaycana gəlməsinin qarşısını almaq qeyri-mümkündür”

121 Baxış

“May ayından bu günə qədər koronavirusa yoluxma və ölüm sayında azalma var. Bu, sevindirici haldır”.

Oxu.Az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu mənzərəyə əsasən pandemiyanın üçüncü dalğasını da geridə qoyduğumuzu demək olar:

“Karantin rejimi yumşaldıldı, toy mərasimlərinin keçirilməsinə icazə verildi. Bu, insanlarda bir qədər rahatlıq yaratdı, özlərini yaxşı hiss etməyə başladılar. Lakin yenə də ehtiyatı əldən vermək olmaz”.

H.Harmancı “Delta” ştammının qarşısının alınması üçün Azərbaycanda görülə biləcək işlərdən danışdı:

“Virusun bu ştammının Azərbaycana gəlməsinin qarşısını almaq qeyri-mümkündür. Çünki ölkədən beynəlxalaq uçuşlar həyata keçirilir. Lakin “Delta” ştammının ölkədə olub-olmamasını yoxlamaq üçün Azərbaycanda fəaliyyət göstərən yüksək səviyyəli laboratoriyalar var. Lakin bundan qorunmanın əsas yolu vaksinasiyadır. Bu gün ÜST-ün siyahısında olan bütün peyvəndələr ağır xəstəliklərin, ölümün qarşısını almaq üçün effektivdir”


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678