Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkədə dünyaya gələn üçəmlərin sayı AÇIQLANDI

115 Baxış

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47 156 doğulan körpə qeydə alınıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1 000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (11,4) qalıb.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1 180-i əkiz, 30-u isə üçəm olub.

Cari ilin beş ayında ölkə üzrə 31 849 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678