Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT Azərbaycandakı beynəlxalq inkişaf təşkilatları ilə onlayn formatda görüş keçirib – FOTO

126 Baxış

Ölkəmizdə fəaliyyət göstərən BMT-nin Rezident Koordinatorunun Ofisi tərəfindən onlayn formatda Azərbaycandakı beynəlxalq inkişaf təşkilatları ilə görüş təşkil edildi.

Oxu.Az xəbər verir ki, inkişaf tərəfdaşlarının ildə dörd dəfə təşkil olunan ümumi iclaslarının məqsədi tərəfdaşlara ölkənin inkişaf prioritetləri ətrafında səylərini birləşdirməkdə dəstək verməkdir.  

Mütəmadi olaraq bu görüşlərdə Azərbaycan hökumətinin nümayəndələri ölkənin inkişaf hədəfləri barədə iştirakçıları məlumatlandırır, onların suallarına cavab verirlər.  

Budəfəki görüşdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Fuad Dərgahlı da iştirak etdi. O, görüş iştirakçılarına yeni qurulmuş agentliyin məqsəd və vəzifələri, prioritetləri haqqında məlumat verdi, həm yerli, həm də beynəlxalq təsisatlar, donorlar və digər müvafiq maliyyə institutları ilə gələcəkdə əməkdaşlıqların perspektivləri haqqında qurumun planlarından danışdı.

Qeyd olundu ki, agentlik qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək istiqamətində fəaliyyətləri həyata keçirəcək. Həmçinin, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf və təşviq etməklə mövcud sosial və iqtisadi sahədə vətəndaş cəmiyyətinin töhfə verməsi üçün addımların da atılmasını nəzərdə tutan işlərin görülməsi planlaşdırılır.

Sonra o, görüş iştirakçılarının agentliyin fəaliyyəti və QHT-lərlə bağlı qurumun gələcək planları ilə əlaqədar suallarını cavablandırdı.

Görüşdə iştirak edən bir sıra qonaqlar gələcəkdə bu cür görüşlərin keçirilməsinin ölkəmizdə fəaliyyət göstərən QHT-lərin inkişafı üçün səmərəsini qeyd etdilər və bildirdilər ki, bu cür qarşılıqlı əməkdaşlığın dərinləşməsində fayda var.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678