Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi qaziləri özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin edilib – FOTO

202 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha bir qrup Vətən müharibəsi qazisi üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qazilər Cavid Hüseynov avtoçilingər xidmətləri, Ələsgər Salmanov kiçik foto-atelye, Nəriman Qəribov avtomobil şinlərinin təmiri zərfi üzrə avadanlıqlarla təmin edilib.

Aktivlər nazirliklə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlıq çərçivəsində verilib.

Postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət beş mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Onlardan bir qismi artıq seçdikləri sahələr üzrə aktivlərlə təmin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678