Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AKTİ könüllü təşkilatlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib – FOTO

111 Baxış

23-25 iyul tarixlərində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı,  Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər fondlarının dəstəyi ilə AKTİ katibliyi, eləcə də ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri baş tutub.

Oxu.Az xəbər verir ki, səfərin ilk günündə iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib, 44 günlük Vətən müharibəsində həyatını itirən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini və muzeyini ziyarət edib, ulu öndərin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Proqramın davamında Naxçıvan Gənclər Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu arasında könüllülük sahəsində əməkdaşlığın inkişafı, eləcə də gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində ortaq layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Daha sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Azərbaycan könüllüləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə respublika birinciliyində I yerə layiq görülən Naxçıvan Muxtar Respublikası komandasının üzvlərinə sertifikatlar təqdim olunub. Müxtəlif könüllü təşkilatlarını təmsil edən nümayəndələr öz təşkilatlarının fəaliyyət istiqamətləri, eləcə də könüllülərin iştirakı ilə həyata keçirilən layihələr haqqında gənclərə ətraflı məlumat verib, tövsiyələrini bölüşüblər.

Növbəti günlərdə səfər iştirakçılarının Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü baş tutub. Tələbələrə ölkəmizdə sürətlə inkişaf edən könüllülük hərəkatı, könüllülük fəaliyyətinin əsas istiqamətləri, könüllü olmağın üstünlükləri, eləcə də bu fəaliyyətin gənclərin inkişafındakı müsbət rolu haqqında məlumat verilib. Səfər iştirakçıların Naxçıvan Muxtar Respublikasının bir sıra görməli yerlərinə, eləcə də tarixi və memarlıq muzeylərinə təşkil olunan tanışlıq səfərləri ilə davam edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678