Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Keçirilən toy mərasimlərində karantin qaydalarını pozanlar CƏRİMƏLƏNDİ – FOTO

121 Baxış

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlar tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “Samir” şadlıq sarayında keçirilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ümid” restoranında isə mərasimdə iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu müəyyən edilib.

Həmin obyektlərin icarədarları Səbuhi Mustafayev və Sadiq Məmmədov inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.

Həmçinin, rayonun Yenicə, Aşağı Nematabad, Qaradeyin, Qarasuqumlaq, Pirkəkə, Qobuüstü və Kotavan kəndlərində fərdi evlərdə təşkil edilən toy mərasimlərində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Nazirliyin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində
təşkil olunan daha iki toy mərasimi zamanı karantin rejiminin pozulması halları müəyyən edilib.

Belə ki, “Maricel” və “Astara” resoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların
“icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

“Maricel” restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, “Astara” restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678