Məşhur müğənni biznesə başlayır
8 Baxış

Dünya miqyasında tanınan müğənni Adel biznesə başlayır.
Turanmedia.az-ın məlumatına görə, TNS “The Mirror”a istinadən xəbər verir ki, 35 yaşlı müğənni brend marka yaratmaq niyyətindədir. 16 dəfə “Qremmi” mükafatına layiq görülən Adel kosmetika və bijuteriya sektorunda özünü sınamaq istəyir. Onun rəhbərliyində qurulan şirkətin həmçinin, qızıl-zinət əşyaları, alt paltarları və ətirlər istehsal edəcəyi də bildirilir.