Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəbli oğlan əvvəl balaca bacısının boğazını kəsdi, sonra ailəsini güllələdi – FOTO

148 Baxış

Rusiyanın Sankt-Peterburq şəhərində dünən gecə dəhşətli hadisə baş verib. Belə ki, 15 yaşlı məktəbli Serafim Burıy gecə oyanaraq əvvəlcə altı yaşlı bacısının boğazını kəsib. Sonra qonşu otağa keçib, nənəsini travmatik silahdan güllələyib, babasının əlini yaralayıb (başqa mənbəyə görə ata-anasını güllələyib).

“112” “Telegram” kanalına görə, hər üçü Sankt-Peterburq xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Balaca qızın vəziyyəti ağırdır. Serafimin özü nəzarətə alınıb.

İlkin məlumatlara görə, o, bu cinayəti çoxdan planlaşdırıb.

Oğlanın ailəsi firavan yaşayıb, indiyə qədər heç kim onlardan şikayət etməyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678