Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün keçirilən I ixtisas qrupu üzrə qəbul imtahanından FOTOREPORTAJ

119 Baxış

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçirilib.

İmtahanlar Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 83 imtahan binası, 1 431 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 83 ümumi imtahan rəhbəri, 238 imtahan rəhbəri, 1 859 nəzarətçi-müəllim, 168 buraxılış rejimi əməkdaşı, 83 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, bugünkü imtahanda I ixtisas qrupu üzrə sənəd verənlərin bir hissəsi – 19 184 abituriyentin iştirakı nəzərdə tutulur. Ən yaşlı abituriyent 1966-cı ildən, ən gənci isə 2006-cı ildəndir.

Oxu.Az-ın əməkdaşı qəbul imtahanından fotoreportajını təqdim edirik:

FOTO: Tapdıq Abdullayev 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678