Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda polis və sakinlər arasında gərginlik: Saxlanılanlar var

105 Baxış

Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edib. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sakinlər küçəni bağlamağa cəhd edən zaman polisin müqaviməti ilə üzləşiblər.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.Az-ın məlumatına görə, Biləsuvar rayonunun Yuxarı Cürəli və Təzəkənd kəndlərinin bir qrup sakini rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə maneə yaradıblar:

“Polis əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara riayət etməyən və ictimai qaydanı pozan bir neçə şəxs polis şöbəsinə gətirilib. 

Digər sakinlər isə onları narahat edən məsələ ilə bağlı, yəni su problemi ilə əlaqədar rayon icra hakimiyyətinin başçısı və rayondakı digər aidiyyəti qurumlar tərəfindən qəbul edilib”.

O qeyd edib ki, onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678