Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda avtomobil aşıb, xəsarət alanlar var

107 Baxış

Biləsuvar rayonunda yol qəzası olub.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobilini yolun kənarına aşırıb.

Qəza nəticəsində sürücü və sərnişinlər – Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678