“76 milyonun 61 milyonu 1 nəfərindir”
13 Baxış

“Ləğv prosesində olan “Muğanbank”da sığortasız əmanət təxminən 102 milyon manatdır”.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında deyib.
Sədr qeyd edib ki, 102 milyon sığortasız əmanətin 76 milyonu fiziki şəxslərindir:
“76 milyonun da 61 milyonu bir nəfərindir. Yerdə qalan hissə isə hüquqi şəxslərin pullarıdır. Onun da 50 faizi 2 şirkətindir. Buna görə də “Muğanbank”ın lisenziyasının ləğv edilməsi maliyyə sabitliyinə təsir etmir”.